Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında çıxışlarını başa vurublar.
Qaynarinfo-nun məlumatına görə Çin Liqasında "Şenzen Jonqsay"ın şərəfini qoruyan voleybolçularımızın komandası üçüncülük uğrunda "Fujian"la qarşılaşıb. İki qələbəyə kimi keçən mübarizədə 3:2 (25:22, 16:25, 23:25, 25:22, 15:8) və 3:1 (17:25, 25:22, 25:21, 25:22) hesabı ilə qalib gələn "Şenzen Jonqsay” klubu çempionatın bürünc medalına sahib çıxıb.
Millimizin üzvləri komandalarının bürünc medal qazanmasında mühüm pay sahibi olublar.
Səbuhi Həsənov
Şərhlər