Xəbər lenti

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək
Siyasət 11:36 24.04.2026

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi Milli Məclisə daxil olub.

Qaynarinfo xəbər verir ki, bu barədə sənəd parlamentin aprelin 27-də keçiriləcək plenar iclasının gündəliyinə MSK üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələ salınıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

MSK-nın tərkibi 2021-ci il aprelin 27-də Milli Məclisin plenar iclasında qəbul edilən qərar əsasında formalaşdırılmışdı.
--> -->