Azərbaycan, Rusiya Federasiyası, Ermənistanın nəqliyyat kommunikasiyalarının bloklanması üzrə işçi qrupu məhsuldardır.
Qaynarinfo xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Ermənistan baş nazirinin müavini Mher Qriqoryan
deyib.
Onun sözlərinə görə, tərəflər bir sıra məsələlərdə konsensusa gələ biliblər, lakin fikir ayrılıqları da var.
"Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyəti birmənalı olaraq məhsuldardır. Alt qrupların ekspertləri çox iş görüblər. Konsensuslar var, lakin bununla bağlı fikir ayrılıqları da var. Görüşlərimiz zamanı həll yollarını tapmağa çalışırıq”, - Qriqoryan bildirib.
Qriqoryan işçi qrupunun növbəti görüşünün tarixinin yaxın vaxtlarda razılaşdırılacağına əmin olduğunu bildirib.
2021-ci ilin yanvarında Azərbaycan, Rusiya, Ermənistan liderləri arasında aparılan danışıqlardan sonra prezident Putin üç ölkənin baş nazirinin müavinləri, Rusiya Federasiyasından Aleksey Overçukun rəhbərlik edəcəyi işçi qrupunun yaradılmasını elan edib.
İşçi qrup Ermənistan və Azərbaycan arasında və iki ölkə ərazisindən beynəlxalq daşımaların təşkili üçün zəruri olan nəqliyyat infrastrukturunun bərpası və yeni tikintisinə cavabdehdir.
Alpər
Şərhlər