Avropa İttifaqının Cənubi Kiprdə cümə günü keçirilən sammitində uzun illərdən sonra ilk dəfə heç bir "rus" olmayıb.
Qayanrinfo xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, bunu Polşanın baş naziri Donald Tusk jurnalistlərə zarafatla bildirib.
Qeyd olunur ki, Tusk bu sözləri deyərkən onun yanından slovakiyalı həmkarı Robert Fiko keçirmiş. "Yox, yox, bu zarafatdır", deyə Tusk tez əlavə edib və jurnalistlərə göz vurub.
Daha sonra Polşanın baş naziri X sosial şəbəkəsində eyni məzmunlu paylaşım edib: "Avropa Şurasının iclası. İllər sonra ilk dəfə zalda ruslar yoxdur. Böyük rahatlıqdır".
Digər avropalı siyasətçilər və diplomatlar da "Politico”ya bildiriblər ki, Macarıstanın baş naziri Viktor Orbanın parlament seçkilərində məğlub olmasından və faktiki olaraq Moskva tərəfindən "siyahıdan silinməsindən” sonra Aİ görüşlərində "tamamilə yeni ab-hava” hiss olunur.
Tusk Macarıstandakı seçkilərdə Peter Macarın qələbəsini "demokratların uduzmadığının” sübutu adlandırıb. O, Polşa, Rumıniya və Moldovadakı oxşar seçki nəticələrini də "Avropa, demokratiya və hüququn aliliyi üçün gələcəyin olduğunu” göstərən dəlil kimi qiymətləndirib.
Qeyd edək ki, Orban və Fiko Rusiyapərəst siyasətçilər kimi tanınır. Onlar Avriopa İttifaqında Rusiyanın "maraqlarını qorumaq"da ittiham olunurlar.
Aydın
Şərhlər