Xəbər lenti

Məşhur Çinli milyarder-dissident ABŞ-da dələduzluqda təqsirli bilindi
Dünya 22:01 17.07.2024

Məşhur Çinli milyarder-dissident ABŞ-da dələduzluqda təqsirli bilindi

Dünən, iyulun 16-da axşam saatlarında Manhetten Federal Məhkəməsinin andlılar heyəti tanınmış çinli iş adamı Qo Venquyu təxminən 1 milyard dollarlıq dələduzluqda təqsirli bilib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

O, sui-qəsd, qiymətli kağızlarla fırıldaqçılıq, elektron fırıldaqçılıq və çirkli pulların yuyulması da daxil olmaqla 12 ittihamdan 9-da təqsirli bilinib. Hökm noyabrın 19-da çıxarılacaq. Hüquqşünasların fikrincə, müddət bir neçə onilliklər ola bilər.

2000-ci illərin əvvəllərində Qo Venquy Pekinin ən böyük tikinti maqnatlarından və Çinin ən zəngin adamlarından biri olub. Onun şirkəti digər işlərlə yanaşı, 2008-ci il Olimpiadası üçün əjdaha şəklində "Pangu Plaza” yaşayış və kommersiya binaları kompleksini tikib. Lakin 2014-cü ildə o, ölkədən ABŞ-a qaçıb və oradan Çin hakimiyyətini fəal şəkildə tənqid etməyə və yüksək çinli məmurları korrupsiyada ittiham etməyə başlayıb. 

ABŞ-da Qo Venquy bir çox mühafizəkar siyasətçilərlə, o cümlədən Donald Trampın keçmiş strateji müşaviri Stiven Bennonla əlaqələr qurub. Stiven Bennon özü də hazırda istintaq altındadır; 2022-ci ildə o, 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla bağlı Konqresə ifadə verməkdən imtina etdiyi üçün 4 aylıq həbs cəzasına məhkum edilib. Apellyasiya şikayəti rədd edildikdən sonra Stiven Bennon iyulun əvvəlindən federal həbsxanada dörd aylıq həbs cəzasını çəkməyə başlayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->