ABŞ-ın sabiq dövlət katibi deyir ki, əgər o, inansa ki, prezident olmalıdır, o zaman namizədliyini verəcək.
Qaynarinfo bu barədə "İndipendent"ə istinadən xəbər
verir.
ABŞ Dövlət Departamentinin direktoru təyin edilməzdən əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində çalışmış keçmiş Kanzas konqresmeni Mayk Pompeo Cənubi Karolina nümayəndəsi Ceff Dunkanın "İnam və Azadlıq Partiyası” kampaniyasında 2024-cü ildə prezident seçkilərinə qatılacağını istisna etməyib.
O, bu barədə cənubi Karolinanın yerli qəzeti olan "State"a deyib: "Əgər inansam ki, prezident olmalıyam və Amerika xalqına təklif edəcəyim bir şey var, bunu edəcəyəm. Kimin yarışa girəcəyinin, kimin girməyəcəyinin və başqa kiminsə nə qərar verəcəyinin əhəmiyyəti yoxdur".
"Tramp 2024-cü il prezidentliyə namizədliyini elan edərsə, namizədlikdən imtina edib-etməyəcəyi” ilə bağlı suala Pompeo belə cavab verib: "Qərarımızı xidmət etmək üçün ən yaxşı yerləşdiyimiz yerə əsasən verəcəyik”.
M.Arif
Şərhlər