Xəbər lenti

İdman 18:48 15.07.2023

"Mançester Siti"nin sabiq ulduzu son məhkəməsindən sonra ağladı (FOTO, VİDEO)

"Mançester Siti"nin sabiq futbolçusu Benyamin Mendi zorlama cəhdi ittihamından azad olunub.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu dörd milyon funt-sterlinqlik malikanəsində iki qadına qarşı seksual hücumlar etməkdə ittiham olunurdu. O, "Chester Crown" məhkəməsində münsiflər heyəti tərəfindən üç saatlıq müzakirələrdən sonra bəraət alıb və haqqında təqsirsiz olması barədə hökm çıxarılıb. 

Mendi iki təcavüz cəhdi ilə bağlı yenidən mühakimə ilə üzləşmişdi. O, hazırda azadlıqda olsa da, "Mançester Siti" ilə müqaviləsi başa çatdıqdan və 2021-ci ilin avqustunda komandasında son oyununu keçirdikdən sonra klubsuz qalıb. 

Fransalı müdafiəçi yanvar ayında yeddi cinsi təcavüz ittihamından bəraət almışdı. Məhkəmə zalından "təmizlənmiş" halda çıxdıqdan sonra göz yaşlarını saxlaya bilməyən Mendinin vəkilləri onun həyatını yenidən quracağını və peşəkar futbola qayıtmaq ehtimalı olduğunu bildirib.

Ulduz futbolçu məhkəmədən zalından çıxdıqdan sonra şərh verməkdən boyun qaçırıb və emosional şəkildə qısaca, "Əlhəmdulillah (Allaha həmd olsun)” - deyərək uzaqlaşıb.
 

 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->