Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılaraq, onun əsasnaməsi təsdiq edilib.
Qaynarinfo xəbər verir ki, sözügedən agentliyin yaradılması barədə qərar fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclası zamanı qəbul olunub.
Bundan başqa nazirliyin və strukturuna daxil olan digər qurumların əsasnamələrinə yeni səlahiyyətlərin əks etdirilməsi üçün müvafiq dəyişikliklər edilib.
Şərhlər