"Mağar toyları yoxa çıxmaq üzrədir".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Zabit Nəbizadə deyib. Xanəndə bunun səbəbini şadlıq evlərinin çoxluğu ilə əlaqələndirib:
"İndi çadırda toy edənlər demək olar ki, yoxdur, varsa da azdır. Hamı şadlıq evlərinə üz tutur. Biz xanəndəliyi mağar toylarında öyrəndik. Qabakı toylar da yoxdur, nə oxuyanda günah var, nə də toy sahibində. Adı olsun ki, toy olub deyə yola verirlər".
Zabit Nəbizadə bu gün toy şənliklərinə getdiyini deyir:
"Dəvət aldığım toy məclislərinə gedirəm. Hamımız gənc olmuşuq və öyrənə-öyrənə gəlib bu yerə çıxmışıq. Heç kim anadan xanəndə doğulmayıb. Əsl sənətkar toyxanalarda yetişir. Biz bu sənəti toyxanalarda öyrəndik. Amma indikilərin öyrənməyə yeri yoxdur. Cavan oxuyunlarda günah yoxdur, bu saat şadlıq evlərində hamı bir-birini aldadır. Canlı ifalar yoxdur, hamı fonoqram oxuyur. Bunun günahı toy sahibindədir. Görürsən ki, filankəs fonoqram oxuyur, pulunu niyə verirsən ki? Müğənni baxır ki, muğama qiymət verən yoxdur. Şadlıq evlərində heç kim muğama qulaq asmır, heç muğam oxuyan da oxumur ki, birdən qonaqlar bezər. Şadlıq evlərində ye, iç oyna, vəssalam".
Bahar Rüstəmli
Şərhlər