Dünyanın ən böyük muzeylərindən biri olan Luvr Paris vaxtı ilə səhər saat 9:00-dan (Bakı vaxtı ilə 11:00) pensiya islahatlarının ləğvini tələb edən işçilərin tətili səbəbindən bağlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant məlumat
yayıb.
Luvrun bağlanmasını muzeyin mətbuat xidməti Twitter-də təsdiqləyib.
"Peşələrarası tətil səbəbindən Luvr bu səhər ictimaiyyətə açıla bilmədi. Anlayışınız üçün təşəkkür edirik”, - mətbuat xidmətinin bəyanatında deyilir.
Onlarla insan da muzeyin girişini bağlayıb, önündə "Muzeylər pensiya islahatına qarşıdır” və "Daha çox yaşamaq üçün az işləmək” yazılarının əks olunduğu bannerlər olub. Aksiyadan fotolar onun iştirakçıları tərəfindən sosial şəbəkələrdə yayımlanıb.
Yanvarın sonunda Fransada iqtisadiyyatın bir çox sahələrində tətillər başlayıb. Həmkarlar ittifaqları pensiya yaşını 64 yaşa qaldırmağı planlaşdırılan pensiya islahatının qəbulunu ləğv etməyi tələb edirlər. Ölkədə islahat əleyhinə kütləvi etirazlar da keçirilir. Onuncu ümumi etiraz martın 28-də keçiriləcək.
Martın 16-da Fransanın baş naziri Elizabet Born parlamentdən yan keçərək pensiya islahatının qəbul edildiyini açıqlayıb. Müxalifət iqtidara etimadsızlıq səsverməsi keçirməyə çalışsa da, buna nail ola bilməyib. Fransa prezidenti Emmanuel Makron islahata 2023-cü ilin sonuna qədər başlamağa ümid etdiyini bildirib.
Nizami Bağırov
Şərhlər