Xəbər lenti

Konqoda faciə - 227 nəfər öldü
Dünya 10:11 31.01.2026

Konqoda faciə - 227 nəfər öldü

Konqo Demokratik Respublikasının (KDR) şərqində, "23 Mart Hərəkatı” (M23) üsyançılarının nəzarətində olan ərazidə mədənin çökməsi nəticəsində azı 227 nəfər həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Şimali Kivu əyalətində, Rubaya şəhəri yaxınlığında baş verib. Ölənlərin sayının arta biləcəyi bildirilir.

Qeyd olunur ki, sözügedən mədəndə dünya üzrə yüksək tələbat olan koltan hasil edilir.
--> -->