Xəbər lenti

Bu üç cihazı elektrik şəbəkəsindən ayırmaq olmaz
Dünya 20:15 30.01.2026

Bu üç cihazı elektrik şəbəkəsindən ayırmaq olmaz

Çoxumuz istifadə etmədiyimiz zaman məişət texnikasını şəbəkədn çıxarmağa öyrəşmişik. Lakin hər cihaz eyni şəkildə tez-tez enerjidən kəsilməyə dözmür. 

Qaynarinfo-nun məlumatına görə, ekspertlər açıqlayıb ki, bəzi cihazları rozetkadan çıxarmaq düzgün deyil və bunun səbəbləri var.

OLED televizor

OLED televizorlar tez-tez tam olaraq enerjidən kəsilməyi sevmir – bu, cihazın sıradan çıxmasına səbəb ola bilər. OLED ekranlardakı pikselər fon rejimində mütəmadi yenilənir. Bu proses davamlı olaraq kəsilərsə, zamanla görüntü keyfiyyətinə mənfi təsir göstərə bilər. Ekspertlər tövsiyə edir ki, hər model üzrə istehsalçı ilə dəqiqləşdirilsin: onu tamamilə enerjidən kəsmək olarmı, yoxsa yalnız enerji düyməsi ilə söndürmək daha düzgün olar.

Wi-Fi router

Wi-Fi router (marşrutlayıcıO davamlı internet bağlantısı təmin edir və bu çox rahatdır. Routeri gecələr şəbəkədən çıxarmaq yalnız o halda məntiqlidir ki, ona bağlı kritik cihazlar – məsələn, video müşahidə sistemi və ya ağıllı ev elementləri – işləməsin. Əks halda, cihazlar yenidən qoşulduqda nasazlıqlar yarana bilər. Router sabit internet bağlantısı təmin etdiyindən, internet lazım olduqda daim işləməlidir.

Mürəkkəb püskürtməli printer

Printeri də şəbəkədən çıxarmaq tövsiyə edilmir. Əgər cihaz şəbəkədən ani çıxarılırsa, printer düzgün şəkildə işini başa çatdıra bilmir və çap başlığı "hazır” rejimində qalır. Növbəti dəfə cihaz qoşulduqda printer avtomatik başlığı təmizləməyə başlayır və bu, mürəkkəb xərclərini artırır. Buna görə printeri yalnız onun enerji düyməsi ilə söndürmək daha düzgün olur.

Digər cihazlar da enerji kəsilməsindən zərər görə bilər:

* Soyuducular və dondurucular
* Təhlükəsizlik və siqnalizasiya sistemləri
* Ağıllı termostatlar
* Həyat üçün vacib sistemlər

Nəzərə alın ki, əgər elektrik kəsilməsi müntəzəm baş verirsə, kəskin gərginlik dalğaları texnikanın sıradan çıxmasına və hətta alışmasına səbəb ola bilər. Belə hallarda cihazları enerjidən kəsmək və işıq qayıtdıqdan təxminən 10 dəqiqə sonra yenidən qoşmaq tövsiyə olunur.

Aydın

--> -->