Britaniyalı yazıçı Tom Kvin yeni "Bəli, xanım: Kraliyyət qulluqçularının gizli həyatı" adlı kitabında Böyük Britaniya kral ailəsinin həyatına dair maraqlı məqamları açıqlayıb.
Qaynarinfo xəbər verir ki, şahzadə Uilyamın həyat yoldaşı Keyt Middletonun ona bəzən "dördüncü övladı" kimi yanaşdığını və ehtiyac olduqda onu sakitləşdirə bildiyini iddia edib.
"Fox News Digital" nəşrinin məlumatına görə, Kvin kitabı üçün keçmiş və hazırkı kral sarayı işçiləri ilə yüzlərlə müsahibə aparıb. Onun sözlərinə görə, Keytin şahzadə Uilyama o qədər təsir edib ki, bəzən ona övladı kimi münasibət göstərir.
"Bəzən Uilyam hər şey onun istədiyi kimi getmədikdə əsəbiləşir və ya narahat olur. Lakin Keyt bu vəziyyəti çox yaxşı idarə edir, eynilə onların üç övladının – şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Luinin kaprizlərini idarə etdiyi kimi. Buna görə də saray işçiləri arasında zarafatla Keytin Uilyama dördüncü övladı kimi yanaşdığı deyilir, çünki o, bəzən özünü uşaqlar kimi aparır", deyə Kvin bildirib.
Sarayın işçilərindən biri Keytin bütün həyatını Uilyama həsr etdiyini deyib. O, həmçinin bildirib ki, şahzadə Uilyam bu qədər populyarlıq və uğur qazana bilməzdi, əgər Keyt ona bu qədər dəstək olmasaydı.
"Mən bilmirəm, Uilyam Keyt harada olardı. O, şahzadənin əsəbiləşdiyi və ya özünü itirdiyi anlarda onu sakitləşdirir. Keyt deyir ki, bəzən ona dördüncü övladı kimi yanaşmaq məcburiyyətində qalır", deyə mənbə əlavə edib.
Eyni zamanda, mənbələr bildirir ki, Keytin kral ailəsindən olmayan bir ailədə böyüməsi onun insanlarla ünsiyyətini asanlaşdırır və daha sərbəst davranmasını təmin edir. Eyni şey isə şahzadə Uilyam və onun atası Kral III Çarlz üçün keçərli deyil.
"Onlar hər ikisi çox tez əsəbiləşir. Kral və Uilyam gündəlik həyatın bir çox işlərinin onlar üçün başqaları tərəfindən həll edilməsinə öyrəşiblər", deyə keçmiş saray əməkdaşı bildirib.
Həmçinin məlum olub ki, Kral III Çarlz və şahzadə Uilyam ən kiçik detallara qarşı çox həssasdırlar və işlər planlaşdırıldığı kimi getmədikdə tez narahat olurlar. Lakin Keytin bu cür hallarda sakitliyini qoruyur və vəziyyəti idarə etməyi bacarır.
Aydın
Şərhlər