Xəbər lenti

İtaliyanın bir şəhərini tovuzquşuları
Dünya 15:45 06.05.2026

İtaliyanın bir şəhərini tovuzquşuları "ələ keçirib"

İtaliyanın Adriatik dənizi sahilində yerləşən Punta-Marina şəhəri tovuzquşularının kütləvi yayılması səbəbindən ciddi problemlərlə üzləşib. 

Qaynarinfo xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, şəhərdə məskunlaşan quş koloniyası əsl xaosa səbəb olub. Yerli sakinlərin hesablamalarına görə, ərazidə təxminən 400 tovuzquşu var.

"Onlar hər yerdədir!", deyə şəhər sakinlərindən biri bildirib.

Məlumata görə, tovuzquşuları nəqliyyatın hərəkətinə mane olur, evlərin və avtomobillərin damlarına ziyan vurur. Sakinlər həmçinin quşların səs-küyündən şikayətlənirlər. Onların sözlərinə görə, tovuzquşuları səhər saat 4-dən etibarən qışqırmağa başlayır və bu da insanların yuxusunu pozur.

Şəhər rəhbərliyi yaxın vaxtlarda quşların sayını müəyyənləşdirmək və problemin həlli üçün tədbirlər görmək niyyətindədir. Lakin heyvan haqlarını müdafiə edənlər bu quşların qorunmalı olduğunu bildirərək onların toxunulmaz sayılmasını tələb edirlər.

Aydın
--> -->