Xəbər lenti

Kemeron Diaz ekrana qayıdır: Aktrisa 11 illik fasilənin səbəbini açıqladı
Sənət 23:33 17.10.2024

Kemeron Diaz ekrana qayıdır: Aktrisa 11 illik fasilənin səbəbini açıqladı

Aktrisa Kemeron Diaz 11 ildən sonra ilk dəfə 2025-ci ildə böyük ekrana çıxacaq. 

Qaynarinfo xəbər verir ki, 52 yaşlı ulduz "Fortune's Powerful Women Summit"ə aktyorluğu tərk etməsinin səbəbini açıqlayıb.

Aktrisa Hollivudu bütün diqqətini ailəsinə - əri Benci Madden ilə iki uşaq böyütməyə və şərab biznesinə başlamaq üçün tərk etdiyini bildirib.

"Həyatımı geri qaytarmaq üçün bir şey etməli olduğumu hiss etdim. Sadəcə başqa heç nəyə əhəmiyyət vermədim", deyə Diaz bildirib.

Aktrisanın sözlərinə görə, həmkarlarının fikirləri və uğurları onun qərarını dəyişə bilməyib:

"Bu, həqiqətən nə istədiyinizə bağlıdır. Mənim üçün bu, ailə qurmaqla bağlı idi".

Diaz 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində ən uğurlu Hollivud ulduzlarından biri olub. O, "Maska", "Çarlinin mələkləri" və başqa filmlərdə çəkilib. Aktrisa indi "Netflix"in "Back in Action" komediyasında Ceyme Fokskla ilə birlikdə rol alıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->