Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda daha bir şadlıq sarayı alıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu, "Yasmin" şadlıq sarayıdır.
Məlumatda bildirilir ki, keçmiş məmur obyektin profilini dəyişmək niyyətində deyil. Yəni, obyekt şadlıq sarayı kimi fəaliyyətini davam etdirəcək. Amma bəzi məluamtlara görə, obyektin restoran kimi fəaliyyət göstərməsi də istisna deyil.
Cavanşir Yusifov bundan əvvəl Şəmkirdə fəaliyyət göstərən "Murovdağ" şadlıq sarayını
almışdı. Həmin şadlıq sarayı Cavanşor Yusifovun oğlu Rüfət Yusifovun adına rəsmiləşdirilib.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun qardaşı olan Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib.
Seyid
Şərhlər