Xəbər lenti

Ölkə 10:00 14.02.2026

"Pərdəçi №1" mağazasında 3500 manatlıq oğurluq

Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən "Pərdəçi № 1" mağazasında oğurlu baş verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mağazanın kassasından 3577 manat pul oğurlanıb. 

Hadisə barədə Daxili İşlər Nazirliyinin "102 xidməti"nə məlumat verildikdən sonra əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilib. Onun barəsində əvvəlcə "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib. Lakin sonradan bu, həbslə əvəzlənib. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, əməlindən peşman olunduğunu deyib. 

Məhkəmənin hökmü ilə ona 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Seyid
--> -->