Xəbər lenti

Şitkət rəhbəri dələduzluğa görə cəzalandırıldı - 40 min də vergi borcu var
Ölkə 16:22 14.04.2026

Şitkət rəhbəri dələduzluğa görə cəzalandırıldı - 40 min də vergi borcu var

"RT Group Supply" şirkətinin təsisçisi və direktoru Turqut Osmanlı dələduzluq əməlinə görə cəzalandırılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə mühakimə olunan Turqut Osmanlıya 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzası şərti hesab olunub və 1 il 6 ay sınaq müddəti müəyyən edilib. 

İş materiallarından aydın olur ki, Turqut Osmanlı "Fortis Aqro” MMC-nin rəhbərliyinə "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 90 ton gübrəni sərfəli qiymətə alaraq onlara təhvil verəcəyini bildirib. Bunun müqabilində isə 39 000 manat pul alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib. 

"RT Group Supply” MMC 2 sentyabr 2021-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hazırda MMC-nin 40 418,83 manat vergi borcu var. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. 

Seyid

--> -->