Xəbər lenti

Ağstafa çayından sel keçdi - Rayon mərkəzi ilə əlaqə çətinləşdi (FOTO)
Ölkə 16:30 14.04.2026

Ağstafa çayından sel keçdi - Rayon mərkəzi ilə əlaqə çətinləşdi (FOTO)

Ağstafa çayından sel keçib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, rayonun Molla Cəfərli, Xılxına, Pirli, Kolayır və bir neçə kəndi ilə rayon mərkəzini birləşdirən yolda çətinliklər yaranıb.

Bu da rayon mərkəzi ilə əlaqəni kilometrlərlə uzadır. Hazırda sözügedən kəndlərin sakinləri alternativ yollardan istifadə edirlər.

Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.

--> -->