Xəbər lenti

Şirkət vergi borcunu ödəmək üçün vəsait axtarır - Əmlak kompleksini satacaq
Ekonomiks 14:46 09.01.2025

Şirkət vergi borcunu ödəmək üçün vəsait axtarır - Əmlak kompleksini satacaq

"Ağstafa Sənaye Kombinatı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Valyuta.az xəbər verir ki, yığıncağın gündəliyində Cəmiyyətin 2024-cü ilin maliyyə təsərrüfat fəaliyyətinə dair idarə heyətinin hesabatı, təşkilatı məsələlər (İdarə Heyyətinin müşahidə şurasının, maliyyə təftiş komissiyasının üzvlərinin seçilməsi), yaranmış vergi borcunun ödənilməsi üçün maliyyə mənbələrinin axtarılması və cəmiyyətin balansında olan mərkəzi bazada yerləşən əmlak kompleksinin satılması, və digər məsələlər dayanır.

Qeyd edək ki, 2007-ci ildə yaradılan ASC-nin qanuni təmsilçisi İsmayılov Malik Kərim oğlu, nizamnamə kapitalı 162 min 140 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məlumata görə, "Ağstafa Sənaye Kombinatı” Açıq Səhmdar Cəmiyyətinin vergi borcu 9 min 647 manat 33 qəpikdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->