Xəbər lenti

İlqar Məhərrəmov nazirlikdə şöbə müdiri təyin edilib
Ekonomiks 17:03 09.10.2025

İlqar Məhərrəmov nazirlikdə şöbə müdiri təyin edilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilən İlqar Məhərrəmovun yeni iş yeri müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, İlqar Məhərrəmov Kənd Təsərrüfatı Nazirliyinin Aparatının Azad olunmuş ərazilərlə və aqroparklarla iş şöbəsinin müdiri təyin olunub. 

Bu barədə nazir Məcnun Məmmədovun müvafiq əmr imzalayıb.
 
Qeyd edək ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Grand-Agro" MMC-nin ana şirkəti sayılan "Agro Food Investments" MMC-nin baş icraçı direktoru olub. O, 14 aprel 2023-cü ildə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. İlqar Məhərrəmov da 2018-ci ilin yanvarından 2023-cü ilin sentyabrınadək "Grand-Agro" MMC-nin baş icraçı direktorunun müavini olub. 2023-cü ildən son vəzifəsinə kimi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->