Aktrisa Cennifer Qarner etiraf edib ki, 2007-ci ildə çəkildiyi "Krallıq" filmində kaskadyor Sal Beykerin qulağından bir parça dişləyib.
Qaynarifno-nun məlumatına görə, "Apple TV"nin Santa-Monika şəhərində keçirilən mətbuat konfransında Qarner xatırlayıb ki, o, Sal ilə film çəkilişi zamanı sonuncu dəfə döyüş səhnəsində iştirak edib.
"Son dəfə Sal ilə "Krallıq"da döyüşdüm. Həmin vaxt rejissor Pit Berq ona mənimlə mübarizə aparmağı tapşırmışdı. Səhnədə sərt xoreoqrafiya yox idi. Mənə tapşırmışdılar ki, sağ qalmaq üçün əlimdən gələni edim. Mən də onun dediklərini etdim və nəticədə onun kürəyinə çıxdım. Onun qulağından dişləmişəm və bir fotoşəkilimiz var ki, qulağının bir hissəsi yoxdur", deyə Qarner bildirib.
İllər sonra aktyorlar yenidən çəkiliş meydançasında görüşüblər. Bu dəfə onlar birlikdə "Son dəfə mənə dediyi" serialında çalışıblar. Epizodlardan birində Qarnerin obrazının evinə daxil olan Beykerin personajı ilə döyüş səhnəsi yaranıb.
Aydın
Şərhlər