Xəbər lenti

İçərişəhərin Qala divarında yazıların təmizlənməsi üçün xaricdən mütəxəssislər dəvət edildi
Ölkə 20:18 21.07.2022

İçərişəhərin Qala divarında yazıların təmizlənməsi üçün xaricdən mütəxəssislər dəvət edildi

Bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.

Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər müəyyən olunublar: "Həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->