Bu gün Bakıda keçiriləcək Qlobal Bakı Forumunun XIII toplantısında 400 nəfərin iştirakı nəzərdə tutulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
O qeyd edib ki, Qlobal Bakı Forumunun XIII toplantısı "Dəyişən dünyada parçalanmaların aradan qaldırılması" mövzusu ilə başlayır.
H.Hacıyev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqi ilə çıxış edəcək:
"Hazırda dünyada bir çox uçuşların ləğv olunduğu və səyahət xəbərdarlıqlarının artdığı bir vaxtda belə beynəlxalq konfrans üçün təxminən 400 iştirakçını bir araya gətirmək ciddi səy və koordinasiya tələb edir. Bu toplantının uğurla təşkil olunması və dialoq, müzakirə üçün platformanın yaradılması çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir. Bu həm də beynəlxalq ictimaiyyətin Azərbaycana regionun diplomatik mərkəzlərindən biri kimi göstərdiyi etimadı əks etdirir. Forum beynəlxalq sistemin dərin transformasiyalardan keçdiyi bir dövrdə müasir dünya üçün son dərəcə vacib olan bir mövzuya həsr olunub".
Şərhlər