Yanvarın 19-20-də Yer kürəsində çox güclü maqnit qasırğası müşahidə olunub. Həmin vaxtdan bəri vəziyyət tədricən yaxşılaşır, lakin yaxın günlərdə hələ də zəif aktivlik dövrləri müşahidə olunur və olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, günəş küləyinin sürəti hələ də 500–550 km/s səviyyəsinə qədər yüksəkdir. Bu səbəbdən geomaqnit şəraiti aktivdir və bəzən G1 səviyyəli zəif maqnit qasırğası müşahidə olunur.
Proqnoza görə, yanvarın 24-ü və 25-i ərzində bu vəziyyət davam edəcək, ona görə də həftəsonu kiçik maqnit qasırğası ehtimalı var, lakin ciddi bir hadisə gözlənilmir.
Xatıradaq ki, yanvarın 19-da Yer kürəsi nadir rast gəlinən S4 səviyyəli günəş radiasiya qasırğasını yaşayıb – bu, 2003-cü ildən bəri ən güclü qasırğadır. Parlaq geomaqnit aktivliyi və qütb parıltıları fonunda bu hadisə demək olar ki, diqqətdən kənarda qalıb, halbuki böyük elmi əhəmiyyətə malik idi.
Radiasiya qasırğaları günəş partlayışları yüklü hissəcikləri demək olar ki, işıq sürətinə qədər sürətləndirdikdə baş verir. Onlar onlarla dəqiqə ərzində Yerə çatır və atmosferin yuxarı təbəqələrinə nüfuz etdikləri qütblərə doğru yönəlirlər.
Yer səthindəki insanlar üçün heç bir təhlükə olmayıb – maqnit sahəsi və atmosfer planeti etibarlı şəkildə qoruyub. Fizik Tamita Skovun sözlərinə görə, hissəciklərin spektri "yumşaq" olub və yerə çatmayıb. Bununla belə, yüksəklikdə risklər artıb: yüksək radiasiya astronavtlar və peyklər üçün təhlükəlidir.
Radiasiya qasırğaları geomaqnit qasırğalarından fərqlənir – onlar Yerin maqnit sahəsinin həyəcanlanması ilə deyil, hissəcik axınları ilə bağlıdır.
Alpər
Şərhlər