Xəbər lenti

Direktorla müəllim arasında əmək haqqı mübahisəsi məhkəmə ilə nəticələndi
Ölkə 19:05 07.04.2026

Direktorla müəllim arasında əmək haqqı mübahisəsi məhkəmə ilə nəticələndi

Füzuli rayonundakı 20 saylı tam orta məktəbin direktoru Umudvar Ağayevlə həmin məktəbin Xəzər adlı müəllimi arasında əmək haqqına görə mübahisə yaranıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, əvvəlcə telefonda Umudvar Ağayevlə mübahisə edən adıçəkilən müəllim sonradan direktorun evinə gedib. Evin qarşısında mübahisə daha qızışıb və nəticədə davaya çevrilib. Nəticədə Umudvar Ağayevin xanımı xəsarət alıb. 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb və Xəzər adlı müəllim təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. 

Cinayət işinə İmişli Rayon Məhkəməsində hakim Lətafət Ağakişiyevanın sədrliyi ilə baxılıb. 

Məhkəmə zamanı təqsirləndirilən şəxs bildirib ki, məktəbdə işləyən zaman Umudvar Ağayev ona məzuniyyətə çıxmaq üçün dərs saatlarından ikisini öz adına keçirməyi xahiş edib. Müttəhimin sözlərinə görə, o, Umudvar Ağayevlə razılaşıb. Həmin dərs saatları direktorun adına yazılsa da, pulunu özü alırmış.

Sonuncu dəfə pulunu tələb edəndə direktorla aralarında mübahisə yaranıb. Təqsirləndirilən şəxs Umudvar Ağayevin evinə dava etmək niyyəti ilə getmədiyini deyib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Lakin sonradan aministiyaya düşüb. 

Seyid
--> -->