Xəbər lenti

Göygöldə ağır qəza - Üç nəfər öldü
Ölkə 18:55 25.08.2024

Göygöldə ağır qəza - Üç nəfər öldü

Göygöl rayonunda 3 nəfərin ölümü 1 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "KamAz" markalı yük maşını minik avtomobili ilə toqquşub.

Qəzada, 1968-ci il təvəllüdlü Y.Qasımov, 1991-ci il təvəllüdlü Ə.Əliyev və 1967-ci il təvəllüdlü A.Verdiyeva aldığı xəsarətlərdən dünyasını dəyişiblər.

Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü E.Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->