Xəbər lenti

Girov götürülən gəmidə iki Azərbaycan vətəndaşı olub - Rəsmi
Ölkə 23:49 09.10.2025

Girov götürülən gəmidə iki Azərbaycan vətəndaşı olub - Rəsmi

"Oktyabrın 8-də Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur”​.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur”, - XİN rəsmisi bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->