Xəbər lenti

Gələn il buraxılış imtahanında əlavə vaxt veriləcək
Ölkə 13:38 27.04.2026

Gələn il buraxılış imtahanında əlavə vaxt veriləcək

"2027-ci ildə tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur”.

Qaynarifno AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. 

O bildirib ki, imtahanda tapşırıq sayı azaldılacaq və yazı bacarığı ayrıca qiymətləndiriləcək.

--> -->