"Dost və qardaş Azərbaycan parlamentinin 106 illiyinə həsr olunan konfransda iştirakda məmnunluq hissi keçirirəm. Parlamentlər arasında keçirilən bu cür iclasların önəmi çox böyükdür".
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
O bildirib ki, bu cür konfranslar xalqların mənafeyini qorumaq üçün vacib amildir:
"Bu istiqamətdə Türkiyə-Azərbaycan qardaşlığının rolu isə danılmazdır. Bütün sahələrdəki əlaqələrimiz iki dövlətin deyil, iki qardaşın arasındakı əlaqələr kimi güclü və sağlam irəliləyir. Ona görə də biz həmişə deyirik ki, Bakını Ankaradan, Laçını İstanbuldan, Bursanı Şirvandan, Ağdaşı İzmirdən ayırmırıq".
"Əlbəttə ki, bu birlik İkinci Qarabağ müharibəsində bir daha ən yüksək səviyyədə özünü göstərdi. Ermənistan və Azərbaycan arasında sülhün təmin olunacağına inanırıq. 44 günlük müharibədən sonra yaranan bu şans Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər", - deyə parlamentari əlavə edib.
Şərhlər