Xəbər lenti

Çin ən böyük yük gəmisini sınaqdan keçirdi: Qütb sularında işləyə biləcək...
Dünya 13:13 26.12.2024

Çin ən böyük yük gəmisini sınaqdan keçirdi: Qütb sularında işləyə biləcək...

Çin "Fan Zhou" 8 adlı yeni yük gəmisini sınaqdan keçirib.

Qaynarinfo xəbər verir ki, yükdaşıma qabiliyyəti 58 min ton olan və qütb sularında işləmək üçün nəzərdə tutulmuş bu gəmi barədə "South China Morning Post" məlumat yayıb.

Məlumata görə, 24 dekabrda gəmi, Şanxayın şərqində yerləşən sularında keçirilən bir sıra sınaqlardan sonra Zeyanq əyalətindəki "Taizhou Zhonghang" gəmiqayırma zavodunun dokuna qayıdıb.
 


"Fan Zhou 8"in texniki xüsusiyyətləri

* Gəmi uzunluğu: 256 metr
* Gəmi eni: 51 metr
* Üzmə məsafəsi: 16 min dəniz mili (29 632 km)
* Maksimal sürəti: 15 dəniz düyünündən çox (27,78 km/saat)

"Fan Zhou 8" Polyar Kodeksinin tələblərinə tam cavab verir və yüksək dəniz keçid qabiliyyətinə malikdir. Əgər gəminin texniki xüsusiyyətləri təsdiqlənərsə, bu, qütb sularında işləyə bilən dünyanın ən böyük yük gəmisi olacaq.

Gəminin yükdaşıma imkanları

"Fan Zhou 8" müxtəlif növ yükləri, o cümlədən dəniz neft yataqlarının axtarışı və işlənməsi üçün avadanlıqları, həmçinin külək və atom elektrik stansiyalarının hissələrini daşımaq üçün nəzərdə tutulub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->