Radioelektron mübarizə və kəşfiyyat üzrə mütəxəssis Sergey "Fleş" Beskrestnov hərbçilərə və güc strukturlarının əməkdaşlarına avtomobillərinin altında və təkər tağlarında GPS-mayakların olub-olmamasını gündəlik yoxlamağı tövsiyə edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə öz Telegram kanalında məlumat paylaşıb.
"Hər gün avtomobilinizin altını və arxa tağlarını maqnitlə bərkidilmiş GPS-mayakların olub-olmamasına görə yoxlayın. Əgər tapsanız, dərhal komandirinizə məlumat verin, komandirlər də bu barədə yuxarıya xəbər versinlər”, – deyə o bildirib.
Beskrestnovun sözlərinə görə, əgər belə yoxlamalar aparılmazsa, sizin daimi marşrutlarınızın son nöqtələri "Şahed” dronlarının hədəfinə çevrilə bilər.
"MVB-də (muayinə və baxış zamanı) belə trekerlər aşkarlanıb”, – deyə o əlavə edib və bu cür cihazın şəklini də yayıb.
Daha əvvəl "Fleş” təklif etmişdi ki, Ukraynada döyüş dronlarının uçuşu barədə əhalini xəbərdar etmək üçün yerli FM-radio stansiyaları üzərindən xəbərdarlıq sistemi tətbiq edilsin.
Onun sözlərinə görə, dron hücumlarının cəbhədən dərinliklərə qədər yayıldığı zona artıq 20–40 km-ə qədər genişlənib. Bəzi dərin arxa yollar boyunca isə bir gün ərzində 50-yə qədər dron hücumu qeydə alınır.
Mütəxəssis qeyd edib ki, bu hücumlardan yalnız hərbçilər deyil, mülki vətəndaşlar da zərər çəkirlər, çünki FPV və ya digər rus dronları hərbi hədəf tapa bilməyəndə, tərəddüd etmədən mülki şəxslərə hücum edir.
Alpər
Şərhlər