Məsuliyyətli maliyyə institutu olan Expressbank Qlobal Təkrar Emal Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub.
Belə ki, ekoloji təşəbbüsə dəstək olaraq Expressbankın baş ofisi ilə yanaşı, həm də filiallarında batareya tullantılarının utilizasiya məqsədilə toplanması üçün qutular yerləşdirilib. Bu təşəbbüs çərçivəsində müştərilər və əməkdaşlar istifadə olunmuş batareyaları Expressbank filiallarındakı bu qutulara atmaqla ekoloji cəhətdən təhlükəsiz şəkildə təkrar emalına dəstək ola biləcəklər.
Məlumdur ki, batareya tullantıları düzgün idarə olunmadıqda torpaq və su üçün ciddi çirkləndirici faktorlardan birinə çevrilir. Expressbank bu təşəbbüsə qoşulmaqla ekoloji tarazlığın qorunmasına töhfə verməyi və cəmiyyətin ekoloji şüurunu artırmağı hədəfləyir.
Qeyd edək ki, bu təşəbbüs Expressbankın "Təbiətə qayğı – Gələcəyə miras” adlı ekoloji layihəsi çərçivəsində dayanıqlı və yaşıl bankçılığa dəstək naminə həyata keçirdiyi silsilə aksiyalardan biridir.
Şərhlər