Dayanıqlı inkişaf və sosial rifah naminə ardıcıl təşəbbüslərlə çıxış edən "Expressbank" ASC növbəti kütləvi ağacəkmə aksiyasında iştirak edib.
Bu aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA), "Azərbaycan Sığortaçılar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası", "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyi arasında 13 mart 2023-cü il tarixində "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u çərçivəsində baş tutub və onlarla maliyyə institutunun əməkdaşlarını ortaq hədəf üçün bir araya toplayıb.
Aksiyada "Expressbank" əməkdaşlarının iştirakı ilə 625 ədəd ağac Eldar şamı və zeytun ağaclarının əkilməsinə dəstək göstərilib.
" Expressbank" mütəmadi olaraq ABA-nın təşkil etdiyi ağacəkmə aksiyalarında iştirak etməklə yanaşı, korporativ sosial məsuliyyət çərçivəsində, fərdi şəkildə, əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyaları həyata keçirir. 2024-cü ilin payız ağacəkmə mövsümündə Bank əməkdaşları "Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Bakının Səbail rayonu ərazisində 300 ədəd Eldar şamı ağacı əkib.
Ekoloji balansın qorunmasına və dayanıqlı bankçılığa töhfə vermək "Expressbank"ın strateji hədəflərindən biridir.
"Expressbank" – İşiniz rahat getsin!
Şərhlər