Xəbər lenti

Ermənistanda hərbi xidmət müddəti azaldıla bilər
Ölkə 21:20 29.10.2025

Ermənistanda hərbi xidmət müddəti azaldıla bilər

Ermənistanda məcburi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı qanun layihəsi hökumətin gündəliyinə daxil edilib.

Qafqazinfo xəbər verir ki, layihədə sıravi əsgərlər üçün hazırda qüvvədə olan 24 aylıq xidmət müddətinin 2025-ci ilin qış çağırışından etibarən 18 aya endirilməsi təklif olunur.

Yerli media yazır ki, bu dəyişiklik 2027-ci ilin ikinci yarısından etibarən hərbi xidmətin təşkilinə çəkilən xərcləri azaldacaq. Belə ki, 2025-ci ilin qış çağırışına daxil olan və 2026-cı ilin yanvarında xidmətə başlayan əsgərlərin 18 aylıq müddəti 2027-ci ilin iyulunda başa çatacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->