Xəbər lenti

Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu
Dünya 11:20 23.08.2025

Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Şəmkir şəhərində anadan olmuş, Rusiya vətəndaşı, 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında gedən döyüşlər zamanı həlak olub.

O, bu ilin fevral ayında Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun yaxınları bildirilib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib.

Rasim Kazımovun meyitinin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Rasim Kazımov subay olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->