Xəbər lenti

Əli Əsədov Neft Fondunun Müşahidə Şurasının iclasını keçirdi
Ölkə 22:25 13.12.2022

Əli Əsədov Neft Fondunun Müşahidə Şurasının iclasını keçirdi

Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasın yekununda Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->