Xəbər lenti

Şəhidin hərbçi oğlu vəfat etdi (FOTO)
Foto 10:19 27.11.2025

Şəhidin hərbçi oğlu vəfat etdi (FOTO)

Müdafiə Nazirliyinin zabiti İsmayıl Əzimli vəfat edib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, N saylı hərbi hissənin zabiti İ.Əzimli döyüş yoldaşları ilə Vətən müharibəsində döyüşdükləri əraziləri ziyarət edərkən ölüb.

Onun nəşi dəfn edilməsi üçün sakini olduğu Biləsuvar rayonunun Səmədabad kəndinə aparılıb.

İsmayıl Əzimli ailəli idi, iki övladı yadigar qalıb.

Qeyd edək ki, mərhum zabitin atası Elman Məhərrəmov Birinci Qarabağ müharibəsində şəhid olub. Vətən müharibəsi iştirakçısı olan İ.Əzimli ordu sıralarında vətənə xidmətini davam etdirirdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->