Xəbər lenti

Əfqan Sadıqov 14 sutkalıq həbs olundu
Ölkə 16:30 23.10.2025

Əfqan Sadıqov 14 sutkalıq həbs olundu

Əfqan Sadıqov 14 sutkalıq həbs olunub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bununla bağlı Tbilisi şəhər məhkəməsi qərar verib.

O, oktyabrın 18-də Tbilisidə aksiyada yolu qanunsuz olaraq bağlamaqda təqsirli bilinib.

Qeyd edək ki, Əfqan Sadıqovun saxlanıldığına dair məlumatlar yayılıb.

Xatırladaq ki, Əfqan Sadıqov ötən il avqustun 3-də Gürcüstanda həbs edilib. Ötən ilin noyabrında Tbilisi Şəhər Məhkəməsi "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb.

Bu il aprelin 16-da məhkəmə onu 5 min lari məbləğində girov qarşılığında azadlığa buraxıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->