Xəbər lenti

Avropanı
Dünya 17:43 23.10.2025

Avropanı "meteo bomba" vuracaq: Küləyin sürəti 160 km/saata çata bilər

Almaniya, Fransa və Qərbi Avropanın digər ölkələri bu günlərdə aşağı təzyiq zonasına düşəcək. Mütəxəssislər "bombov siklon” və ya "meteo bomba” adlanan güclü atmosfer hadisəsinin yaranacağı barədə xəbərdarlıq ediblər.

Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, meteoroloqlar Atlantik okeanı üzərindən keçəcək güclü fırtına proqnozlaşdırırlar. O, Biskey körfəzi, La-Manş və Şimal dənizi arasındakı ərazidən keçərək materikin daxilinə doğru hərəkət edəcək. Şiddətli küləklər və leysan yağışlar gözlənilir.

"Güclü fırtına dünən axşam Fransanın Atlantik sahillərinə çatıb. Təxminən gecə yarısı aşağı təzyiq mərkəzi La-Manşa yetişəcək. Hadisə həmçinin İspaniyaya da təsir göstərəcək, Biskey körfəzində küləyin sürəti 130 km/saata çatacaq”, deyə nəşr yazır.

Cümə axşamı günorta saatlarında "meteo bomba”nın Şimal dənizi istiqamətində hərəkətini davam etdirəcəyi bildirilir. Gent və Amsterdam arasında güclü küləklər gözlənilir. Almaniyanın qərb və cənub-qərb bölgələrində, xüsusilə Şvartsvəlddə, küləyin sürəti 120 km/saata qədər arta bilər.

Cümə günü səhər saatlarında Şimal dənizi sahillərinə qərbdən və şimal-qərbdən güclü küləklər çata bilər. Hamburq və Bremendə külək sürətinin 110 km/saata qədər yüksəlməsi ehtimal olunur. Fırtınanın Almaniyada ən güclü mərhələsinə cümə günü günorta saatlarında çatacağı gözlənilir. Bəzi meteoroloji modellər küləyin 160 km/saata qədər artacağını bildirir.

"Meteo bomba" nədir?

Bu meteoroloji termin tropik olmayan aşağı təzyiq sahəsinin sürətlə güclənməsini ifadə edir. Bu zaman hava təzyiqi 24 saat ərzində ən azı 24 hektopaskal azalır.

Təzyiqin bu qədər sürətlə enməsi nəticəsində çox güclü fırtına — "bombov siklon” yaranır. Belə fırtınalar güclü küləklər, leysan yağışlar gətirir və bəzən fırtına dalğaları, daşqınlar kimi ekstremal hava hadisələrinə səbəb olur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->