Xəbər lenti

Efiopiyanın Baş naziri İlham Əliyevə Azərbaycan dilində təşəkkür etdi
Ölkə 19:52 27.02.2026

Efiopiyanın Baş naziri İlham Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan dilində müraciət yayımlayaraq, səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Qaynarinfo xəbər verir ki, Efiopiya lideri bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Paylaşımda Efiopiya hökumətinin rəhbəri rəsmi səfər çərçivəsində baş tutmuş əsas danışıqların videokadrlarını yerləşdirib və Azərbaycan dilində bu sözləri yazıb: "Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm".

Paylaşımda həmçinin Azərbaycan Prezidenti İlham Əliyev də qeyd olunub.
 
--> -->