Xəbər lenti

KİV: Fransa könüllü hərbi xidməti tətbiq edəcək
Dünya 12:49 24.11.2025

KİV: Fransa könüllü hərbi xidməti tətbiq edəcək

Fransa yaxın günlərdə könüllü hərbi xidmətin tətbiqini elan edə bilər. 

Qaynarinfo "Le Figaro”ya istinadla yazır ki, prezident Emmanuel Makron bununla bağlı rəsmi açıqlamanı 27 noyabrda — Avropada təhlükəsizlik risklərinin artdığı bir vaxt — verməyi planlaşdırır.

"Fransa güclü orduya malik qüdrətli dövlət olaraq qalmalıdır”, — Makron Yohannesburqda keçirilən G20 sammitinin kuluarlarında vurğulayıb.

Nəşrin məlumatına görə, təşəbbüs üzərində iş artıq bir neçə aydır davam edir: prezident ilk dəfə bu ideyadan iyulun 13-də hərbi komandanlıq qarşısındakı çıxışında bəhs etmişdi.

"Le Figaro” qeyd edir ki, hökumət bir neçə senari nəzərdən keçirir. Plan ildə 10 mindən 50 minədək könüllünün cəlb edilməsini nəzərdə tutur. Xidmətin müddəti 10 ay ola bilər, iştirakçılara isə hər ay bir neçə yüz avroluq maddi ödəniş veriləcək.

Makron islahatın vacibliyini belə izah edir: Avropa "Rusiyadan gələn daimi təhdidlə” üzləşir və buna görə dövlət lazım gəldikdə sürətli şəkildə səfərbər ola bilməlidir.

Fransa hərbi xidmətə yanaşmanı yenidən nəzərdən keçirən yeganə Aİ ölkəsi deyil. Bundan əvvəl Almaniya hökuməti yeni seçim modelini razılaşdırmışdı:
• bütün 18 yaşlı vətəndaşlara motivasiya və yararlılığın qiymətləndirilməsi üçün anket göndəriləcək;

• 1 yanvar 2008-dən sonra doğulan gənclər tibbi yoxlamadan keçməyə məcbur olacaq;

• xidmət könüllü olaraq qalacaq, lakin yetərincə müraciət olmadığı halda "zərurət üzrə çağırış” tətbiq edilə bilər və namizədlər püşk yolu ilə seçiləcək.
UNIAN-ın xəbərinə görə, Avropa İttifaqında hərbi personalın, avadanlıqların və digər müdafiə vasitələrinin sürətli və maneəsiz hərəkəti üçün hazırlıq aparılır.
Bəzi ölkələrdə bu kimi qərarların qəbulu çox uzun çəkir. Buna görə də hərbi təhdid halında qoşunların hərəkəti 45 gün çəkə bilər.

Avropada əvvəllər qitədə müharibəyə hazırlaşılmırdı. İndi isə belə müharibəyə hazır olmaq üçün tələb olunan müddət azaldılır.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov əmindir ki, Rusiya bu cür əməliyyatları çoxdan planlaşdırıb, lakin bunu yalnız Ukraynaya qarşı müharibədən sonra həyata keçirə bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->