Bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə paytaxtın Nəsimi rayonu, Vaqif prospekti 5, mənzil 45 ünvanında yaşayan Fərid Kazımbəyov müraciət edib.
Onun sözlərinə görə, 101 yaşlı binanın dam örtüyü çöküb. Üçmərtəbəli binadakı mənzillərin tavanı sıradan çıxıb, divarlar yararsız vəziyyətə düşüb.
Fərid Kazımbəyov deyir ki, yağış yağanda dam örtüyü sıradan çıxdığından su 3-cü mərtəbəyə, ordan digər mərtəbələrə sızır. Dəfələrlə aidiyyəti quruma olunan müraciət isə cavabsız qalıb.
Fərid Kazımbəyovun iddiasına görə, Mənzil Kommunal İstismar Sahəsi tərəfindən binanın damı bir dəfə köhnə avadanlıqlarla təmir etdiyindən effektiv olmayıb.
Nəsimi rayon 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İqrar Sadıqov binada yaşayan sakinlərin müraciəti əsasında ünvana dəfələrlə baxış keçirildiyini deyib.
İqrar Sadıqov qeyd edib ki, cari təmir hesabına problemi aradan qaldırmaq mümkün deyil. Bunünla bağlı müvafiq akt tərtib edilib və Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Əsaslı Tikinti və Təmir" MMC-yə binanın dam örtüyünün əsaslı təmir olunması məqsədilə rəsmi məktubla müraciət edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər