Xəbər lenti

DOST aylıq 35 min manata ofis icarəyə götürür
Ekonomiks 18:22 06.01.2024

DOST aylıq 35 min manata ofis icarəyə götürür

DOST İş Mərkəzi fərdi sahibkar Səfərov Əşrəf Səxavət oğlu ilə 213.427,5 manatlıq satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo xəbər verir ki, müqavilə ofis sahəsinin icarəsi xidmətlərinin satın alınması ilə bağlıdır. 

Müqavilənin şərtlərindən məlum olur ki, DOST İş Mərkəzi 6 ay müddətinə 2 750 kvadratmetrlik ofis icarəyə götürür. Bu halda ofisin aylıq icarə haqqı 35 571, 25 manat təşkil edəcək. 

Açıq mənbələrdə Əşrəf Səfərov haqqında heç bir məlumata rast gəlinmir. 

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən tender elanlarında isə məlum olur ki, Əşrəf Səfərov bu ilin sentyabrında da DOST İş Mərkəzinin keçirdiyi satınalma müsabiqəsinin qalibi seçilib.
Bu müsabiqə də ofis sahəsinin icarəsi xidmətlərinin satın alınması ilə bağlı olub. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->