Xəbər lenti

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat (FOTO)
Ekonomiks 14:24 15.01.2026

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional Filialına (Masallı, Yardımlı, Cəlilabad) yeni direktor təyin olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyevin müvafiq əmri ilə Ramal Kamal oğlu Quliyev 2 saylı Regional Filialın direktoru vəzifəsinə gətirilib.
 
Quliyev Ramal Kamal oglu iş fəaliyyətinə Yasamal rayon icra hakimiyyətində məsləhətci, sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində baş məsləhətci, sonra isə Dövlət Vergi Xidmətində baş məsləhətci işləyib

Məlumata əsasən, əvvəlki direktor Aygül Səfərli tutduğu vəzifədən azad edilib və o, hazırda hər hansı vəzifəyə təyin olunmayıb.

Aydın
 

 


--> -->