Çinin Maltada Ukrayna üzrə milli təhlükəsizlik müşavirlərinin toplantısına qatılacağı gözlənilmir.
Qaynarinfo bu barədə "Bloomberg"ə
istinadən xəbər verir.
Məsələ ilə yaxından tanış olan mənbələrin sözlərinə görə, görüşün iştirakçıları siyahısına G7 ölkələri, Qətər, Cənubi Afrika, Hindistan və Türkiyə daxildir. Braziliya və Çili kimi bəzi ölkələrin konfransda onlayn iştirak etməsi gözlənilir.
"Pekinin yoxluğu davamlı və ədalətli sülh layihəsinə beynəlxalq dəstək qazanmağa çalışan Ukrayna prezidenti Volodimir Zelenski üçün məyusluq olacaq”, deyə materialda qeyd edilir.
Nəşrin həmsöhbətləri bildiriblər ki, Ukrayna bu ilin sonunda sammit keçirmək niyyətindədir və Pekinin iştirakı bu səylər üçün çox vacibdir, çünki Çin Rusiya prezidenti Vladimir Putin üzərində müəyyən təsirə malik azsaylı ölkələrdən biridir.
Qeyd edək ki, oktyabrın 28 və 29-da Maltada dövlət başçılarının müşavirləri səviyyəsində sülh formulu üzrə üçüncü görüş keçiriləcək. Qlobal Cənub ölkələrinin orada iştirak etməsi planlaşdırılır. Bundan əvvəlki iki görüş Kopenhagen və Ciddədə baş tutub.
Nizami Bağırov
Şərhlər