Uzun uçuşlarda rahatlıq üçün düzgün geyim seçimi mühüm əhəmiyyət daşıyır. Lakin aviasiya üzrə ekspert və yazıçı Kristina Neqroni xəbərdarlıq edib ki, sərnişinlərin təyyarədə ən çox üstünlük verdiyi rahat geyimlərdən biri təhlükəli nəticələrə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Express"
yazıb.
Sintetik materialdan hazırlanmış leqinlərin təhlükəsi
Neqroni sintetik materiallardan hazırlanan leqinlərin, xüsusilə yoqa geyimlərinin, fövqəladə vəziyyət zamanı ciddi xəsarətlərə yol aça biləcəyini bildirib. O qeyd edib ki, təyyarə qəzası və ya yanğın zamanı sərnişinlər alov içindən keçmək məcburiyyətində qala bilər. Bu zaman sintetik parçadan hazırlanan leqinlər asanlıqla alışır və dərinizə yapışaraq ağır yanıq yaralarına səbəb ola bilər.
Ekspert sərnişinlərə pambıq və digər təbii materiallardan hazırlanan, bədəni sıx örtən geyimlərə üstünlük verməyi tövsiyə edir.
Təhlükəsizlik üçün digər tövsiyələr
Neqroni əlavə edib ki, sərnişinlər uçuş zamanı ayaqqabılarını çıxarmamalıdır. O, uçuş və eniş zamanı ayaqqabı geyinməyin təhlükəsizlik baxımından vacib olduğunu vurğulayıb.
"Təyyarədən evakuasiya zamanı döşəmə çox isti və ya soyuq ola bilər, yağla örtülə və ya alov ala bilər. Həmçinin, qəza zamanı təyyarədən açıq bir əraziyə düşsəniz, məsələn, qarğıdalı sahəsinə, ayaqyalın hərəkət etmək istəməzsiniz", deyə Neqroni bildirib.
Ekspert sərnişinlərə hündürdaban ayaqqabı, şlapan və ya sandal əvəzinə idman ayaqqabısı geyinməyi məsləhət görür.
Aydın
Şərhlər