"OpenAI" şirkətinin baş direktoru və ChatGPT-nin yaradıcısı Sem Altman süni intellektin (Al) gələcəyi barədə fikirlərini bölüşüb.
Qaynarinfo xəbər verir ki, o, insanların getdikcə daha çox Al-dan asılı vəziyyətə düşdüyünü və bunun nəticəsində süni intellektin təsadüfən dünyanı ələ keçirə biləcəyini bildirib.
Altman bu fikirləri "MD Meets" podkastında səsləndirib. Onun sözlərinə görə, söhbət robotların üsyanından deyil, insanların gündəlik qərar və vərdişlərində süni intellektdən artan asılılığından gedir.
"Artıq yüz milyonlarla insan ChatGPT-dən istifadə edir, yaxın gələcəkdə bu rəqəm milyardlara çatacaq. İnsanlar modelin məsləhətlərinə getdikcə daha çox güvənirlər – əvvəlcə şüurlu şəkildə, sonra isə avtomatik olaraq", deyə Altman vurğulayıb.
O əlavə edib ki, bu proses "əks əlaqə döngəsi" yaradır: nə qədər çox insan süni intellektə müraciət edirsə, model bir o qədər təkmilləşir və daha çox insanın qərarlarına təsir göstərir.
"Nəticədə biz modelin istədiyini edirik, bunu hətta fərqinə varmadan", deyə Altman qeyd edib.
Aydın
Şərhlər