Xəbər lenti

Ceyhun Bayramov ATƏT sədri ilə regionda postmünaqişə dövründə vəziyyəti müzakirə etdi (YENİLƏNİB)
Siyasət 12:59 14.05.2024

Ceyhun Bayramov ATƏT sədri ilə regionda postmünaqişə dövründə vəziyyəti müzakirə etdi (YENİLƏNİB)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü geniş tərkibdə davam edib.

Qaynarinfo Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Malta arasında əməkdaşlıq məsələlərini, bu il ATƏT-ə sədrliyin prioritetlərini, təşkilatın üzləşdiyi çətinlikləri, Azərbaycanla ATƏT arasında əməkdaşlığı, COP29-dan irəli gələn tərəfdaşlıq imkanlarını, həmçinin regionda postmünaqişə dövründə vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

11.34
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->