Cənubi Koreyanın Milli Assambleyası (Parlament) şənbə günü prezident Yun Seok Yola impiçment elan etmək üçün lazımi sayda səs toplaya bilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Korea Times” məlumat
yayıb.
Səsvermə parlamentin şənbə günü keçirilən plenar iclasında baş tutub. Bununla belə, Cənubi Koreyanın hakim partiyasından olan deputatların əksəriyyəti, üç nəfər istisna olmaqla, onu boykot etmək qərarına gəlib.
Qeyd olunur ki, 192 müxalifət deputatının hamısı və hakim Xalq Gücü Partiyasından olan üç deputat impiçmentin lehinə səs verib, lakin bu, lazımi 200 səsi toplamaq üçün kifayət etməyib.
Müxalifət parlamentdəki 300 yerdən 192-nə sahibdir və onlar prezidentə impiçment elan etmək üçün hakim partiyadan olan qanunvericilərin ən azı səkkiz səsinə ehtiyac duyurdu.
İmpiçment qanun layihəsinə səsvermədən əvvəl yüz minlərlə insan Milli Assambleyanın qarşısında toplaşaraq prezident Yun Seok Yolu istefaya çağırıb.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Yun Seok Yol dekabrın 3-də ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Qərar parlamentin Büdcə komitəsində müxalif Demokratik Partiyanın qısaldılmış büdcə layihəsini tez bir zamanda təsdiqlədikdən və Hesablama Palatasının rəhbəri və baş prokurorun impiçmenti ilə bağlı qərarlar təqdim etdikdən sonra qəbul edilib. Cənubi Koreya Milli Assambleyası (parlamenti) hərbi vəziyyətin ləğvini tələb edən qətnaməyə səs verib. Həmin gün müdafiə naziri Kim Yonq-hyun hərbi vəziyyətin elan edilməsi ilə bağlı yaranmış vəziyyətə görə ölkə xalqından üzr istəyib və istefa verib.
Dekabrın 5-də o, prezident tərəfindən qəbul edilib və Cənubi Koreyanın Səudiyyə Ərəbistanındakı səfiri, ordunun ehtiyatda olan generalı Çoi Byonq-hyuk müdafiə naziri vəzifəsinə təyin edilib.
Cənubi Koreya prezidenti daha əvvəl demişdi ki, o, bu həftənin əvvəlində hərbi vəziyyət elan etməklə ictimaiyyətin qəzəbini artırdığına görə "səmimi şəkildə peşmandır" və bir daha belə addım atmayacağına söz verib.
Aydın
Şərhlər